RU

Gizlincə telefon işlədən arvadını boğub öldürdü: "Demişdim ki..." - AMANSIZ QƏTLİN TƏFƏRRÜATI

2021-ci il oktyabrın 21-də Bakının Qaradağ rayonu Sahil qəsəbəsi Məhərrəm Seyidov küçəsində qətl hadisəsi olur. 1985-ci il təvəllüdlü Vilayət Məmmədov yaşadığı evdə arvadı 1990-cı il təvəllüdlü Aliyə Məmmədovanı boğaraq öldürür. Daha sonra o, 38-ci Polis Bölməsinə könüllü gələrək, təslim olub. 

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Qadının meyiti yataq otağının girişində yerdə uzanıqlı halda tapılıb.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bizimshow.az xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

 İstintaqla müəyyən edilib ki, oktyabrın 21-də yaşadığı evdə olanda Vilayət Məmmədov ümumi işlətdikləri mobil telefondan başqa telefon olub-olmamasını soruşduqda arvadı Aliyə Məmmədova ona başqa telefon işlətməsini bildirib. Bundan qəzəblənən Vilayət Məmmədov telefon naqilini yoldaşının boyununa keçirib və hər iki əli ilə sıxaraq, onu öldürüb. İş üzrə dindirilmiş Vilayət Məmmədov bildirib ki, təxminən 2 il əvvəl arvadı ilə münasibətləri pisləşsə də, bunun səbəbinin anlaya bilməyib. Aliyəyə anasına telefonla danışmağı qadağan etsə də, bir neçə dəfə evə gələndə onların danışdıqlarını görüb:

Vilayət Məmmədov"Evimizdə olan bir ədəd mobil telefondan arvadım və oğlum istifadə edirdi. 2021-ci il oktyabrın 13-də evə gələndə Aliyənin yatağa nəsə qoyduğunu görüb, nə baş verdiyini soruşdum. Heç nə olmadığını bildirən yoldaşımın üzünə şillə vurub evi axtarmağa başladım. Həmin vaxt Aliyə evdən çıxaraq, qaçıb. Arvadımın evdən çıxıb getməsi barədə onun atasına xəbər verdim. Ayın 19-da arvadımı qayınatamgilin evindən götürüb, qardaşım Zamanın evinə apardım və 2 gün orda qaldıq. Oktyabrın 21-də Aliyə ilə Sahil qəsəbəsində yerləşən məscidə getdik. Orda arvadım bir daha anası ilə danışmayacağına söz verdi. Buna baxmayaraq, ona evə gedib əşyalarını yığmasını və bir müddətlik çıxıb getməsini dedim. Yoldaşımın gizli telefon işlətməsindən və başqa şəxslə danışmasından şübhələnirdim. Aliyəni evdə qoyaraq yaxınlıqda yerləşən marketə gedib 3 ədəd sellofan paket aldım. Qayıdarkən dirəkdən sallanan telefon naqilini əynimdəki jaketin cibinə qoydum. İçəri daxil olanda Aliyə məni qucaqlayaraq, hər şeyin yaxşı olacağını söylədi. Başqa telefonunun olub-olmadığını soruşanda, yoldaşım telefon işlətdiyini etiraf etdi. Cibindən çıxardığım naqili Aliyənin boynuna keçirdim və var gücümlə sıxdım. Sonra 38-ci bölməyə gedərək təslim oldum".

Aliyə Məmmədova Zərərçəkmiş şəxsin hüquqi varisi Alim İsrafilov ifadəsində göstərib ki, qızı 14 il əvvəl ailə həyatı qurub, 2 övlad anası olub:

"Oktyabrın 13-də kürəkənim zəng edərək, arvadını döydüyünü və buna görə qızımın evdən çıxaraq getdiyini bildirdi. Həmin gün qızımı axtarsaq da, onu tapa bilmədik. Ayın 14-də Aliyə tapılandan sonra birlikdə bölməyə gələrək ərinin onu döyməsi barədə ərizə verdik. Bölmədə polis əməkdaşları qızıma övladları olduğunu və bu səbəbdən ailələrini dağıtmamalarını məsləhət verdilər. Nəticədə, Aliyə Vilayətlə barışdı. Qızım bir həftə onun evində yaşadı. Oktyabrın 21-də tanışım zəng edib, kürəkənimin yaşadığı binanın qarşısında polis maşınları olmasını dedi. Bölmə ilə əlaqə saxlayanda, növbətçi Vilayətin Aliyəni öldürdüyünü bildirdi".

Hadisə olan otaq 

Şahid Zaman Məmmədov bildirib ki, Vilayət Məmmədov onun doğma qardaşıdır: 

"Son vaxtlar şübhələnib, kiminlə danışdığını soruşanda Aliyə Vilayətə anası ilə danışdığını deyirdi. Bununla bağlı aralarında mübahisə yaranırdı. Növbəti mübahisədən sonra yoldaşı acıq edib evdən qaçıb. Məndə olan məlumata görə, hadisə günü qardaşım arvadından ona xəyanət edib-etmədiyini soruşub. Aliyə başqa şəxslə danışdığını söyləyəndə, Vilayət onu öldürüb".

Şahid Yeganə Ağayeva ifadəsində göstərib ki, əri Alim İsrafilovdan boşandıqdan sonra Vilayət qızı Aliyə ilə ünsiyyət qurmağına icazə verməyib:

"7 il olar ki, qızım və nəvələrimlə görüşə bilmirəm. Bir dəfə Aliyə atasının mobil telefonundan zəng edərək, Vilayətin onunla kobud davrandığını, təhqir etdiyini, arada mübahisə zamanı boğazına bıçaq dirədiyini bildirdi. Vilayət narkotik vasitələrdən istifadə edirdi, buna baxmayaraq onun qızımı öldürəcəyinə inanmırdım. Oktyabrın 21-də oğlum Aqil zəng edərək Vilayətin Aliyəni evdə boğub öldürdüyünü xəbər verdi".

Vilayətin Aliyəni boğduğu naqil Şahid Aqil İsrafilov bildirib ki, bacısı ərinin onu çox incitdiyini və döydüyünü deyib:

"Səbəbini soruşanda, Aliyə axırıncı dəfə yataq otağında adapteri uşaqlardan gizlətdiyini, lakin Vilayətin bunu səhv anlayıb, onu başqa şəxslə danışmaqda günahlandırdığını bildirdi. Bacım bölmədə yoldaşı barəsində şikayət ərizəsini yazsa da, sonradan onu geri götürdü. Oktyabrın 21-də axşam bacımgilin yaşadığı evin qarşısında toplaşan polis əməkdaşlarından öyrəndim ki, Vilayət Aliyəni telefon naqili ilə boğaraq öldürüb". Şahid qismində dindirilmiş 38-ci Polis Bölməsinin təhqiqatçısı Elşad Mirzəyev ifadəsində göstərib ki, oktyabrın 14-də Alim İsrafilov bölməyə müraciət edərək, qızı Aliyə Məmmədovanın ayın 13-də evdən getdiyini, bu səbəbdən hara getməsini bilmək məqsədilə təhlükəsizlik kameralarına baxmaq istədiyini bildirib:

"Vətəndaşın müraciətini qeydə aldıq. Həmin gün başqa bir vətəndaş 102 xidmətinə zəng edib Aliyə Məmmədovanın Xırdalan şəhəri ərazisində olması barədə məlumat verdi. Daha sonra mənim dəvətimlə həmin qadın atası ilə birlikdə bölməyə gəldi. İzahatında Aliyə Məmmədova yoldaşı ilə mübahisə etdiyi üçün evdən çıxıb getdiyini göstərdi. Ayın 21-i saat 19 radələrində könüllü təslim olan Vilayət Məmmədov qısqanclıq zəmnində telefon kabeli ilə arvadını boğub, öldürdüyünü etiraf etdi. Daxil olan məlumatla əlaqədar əməliyyat qrupu və rayon prokurorluğunun əməkdaşları ilə birlikdə hadisə yerinə gedərək, baxış keçirdik"..

Aliyənin meyiti Məhkəmə iclasında Vilayət Məmmədov ittiham üzrə özünü təqsirli bilib. Zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirməklə, ona qanuna müvafiq cəza verilməsini istəyib. Məhkəmə hesab edib ki, Vilayət Məmmədovun Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Vilayət Məmmədov 10 il müddətinə azadlıqdan məhrum olunub.

Son günlərin ən məşhur alış-veriş saytı Temu-da qeydiyyatdan keç və inanılmaz endirimlərdən faydalan!

İndi proqramı yüklə, 150 manata qədər endirim əldə et! Yeni qeydiyyatdan keçmiş şəxslər üçün xüsusi endirimlərdən faydalan.

İndi Qeydiyyatdan Keç

.temu-reklam {background-color: #f8f9fa;border: 1px solid #dedede;padding: 20px;border-radius: 8px;text-align: center;font-family: Arial, sans-serif;margin: 20px 0;}

.temu-reklam h2 {color: #ff4500;font-size: 24px;margin-bottom: 15px;}

.temu-reklam p {color: #333;font-size: 16px;margin-bottom: 20px;}

.temu-button {background-color: #ff4500;color: #fff;padding: 10px 20px;text-decoration: none;border-radius: 5px;font-weight: bold;}

.temu-button:hover {background-color: #e03e00;}

Избранный
344
50
bizimshow.az

10Источники