RU

Premyer Liqa: Tura “Zirə” – “Qarabağ” oyunu ilə yekun vurulacaq

Premyer

Bakı, 1 sentyabr, AZƏRTAC

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulacaq.

AZƏRTAC xəbər verir ki, son oyun günündə bir qarşılaşma keçiriləcək.

Son çempion "Qarabağ" "Zirə"nin qonağı olacaq. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Hazırda Ağdam və Bakı təmsilçiləri hərəyə 6 xalla turnir cədvəlində, müvafiq olaraq, 4-5-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" evdə "Səbail"ə, "Araz-Naxçıvan" səfərdə "Sumqayıt"a 1:0, "Sabah" Tovuzda "Kəpəz"ə 3:2 hesabı ilə qalib gəlib, "Şamaxı" isə doğma meydanda "Neftçi" ilə qolsuz heç-heçə edib.

Избранный
135
50
azertag.az

10Источники