RU

Azərbaycanda 18 yaşdan kiçik bəy və gəlinlərin SAYI AÇIQLANDI

Azərbaycanda rəsmi nikah yaşı 18-dir. Əvvəlki qanuna görə, üzrlü səbəblər olduqda bu həddi 1 yaş endirmək mümkün idi. Belə ki, üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilərdi. Ancaq bu il qanuna dəyişiklik edilərək, sözügedən qayda ləğv edilib.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, 2023-cü ildə 18 yaşadək rəsmi qeydə alınan gəlinlərin sayı 223 olub.

Bu göstərici 2022-ci illə müqayisədə az olsa da, 2020 və 2021-ci illə müqayisədə çoxdur. Son illərdə rəsmi qeydə alınan bəy və gəlinlərin sayı aşağıdakı kimidir:

2015-ci il: 388 gəlin, 3 bəy.

2016-cı il: 312 gəlin, 3 bəy.

2017-ci il: 317 gəlin, 1 bəy.

2018-ci il: 338 gəlin.

Избранный
75
22
publika.az

10Источники