O, 7,27 metr nəticə ilə paralimpiya çempionu olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın hesabında 1 qızıl, 1 gümüş və 1 bürünc medal olub. Raman Saley 100 metr məsafəyə arxasıüstə üzməkdə gümüş mükafat əldə edib. Daha əvvəl isə Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) qızıl, Sabir Zeynalov (58 kq) bürünc medala sahib çıxıb.
Xatırladaq ki, Parisdə keçirilən Paris Olimpiadasında Azərbaycanın iki idmançısı - Hidayət Heydərov və Zelim Kotsoyev çempion olub.