Tədbir 300-dən çox yerli həkim və tibbi mütəxəssislərin iştirakı ilə sentyabrın 11, 12 və 13 sentyabrda, günün ikinci yarısında, Badamdar otelin Qəbələ zalında baş tutacaq. Həmin tarixlərdə günün birinci yarısında isə əcnəbi doktor R.Oettmeyer Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində sinir-ürək-qan-damar xəstəliklərindən əziyyət çəkən pasientləri qəbul edəcək. Xərçəngönü və xərçəng xəstəliyinin müalicəsindən sonrakı dövrdə orqanizmin bərpası, autoimmun və dayaq-hərəkət sisteminin xəstəlikləri, artroz, revmatoid artrit, kron və ulserativ kolit xəstəliklərinin müalicəsində uğurlu nəticələri olan əcnəbi doktorun qəbuluna əvvəlcədən yazıla bilərsiniz. Parkinson, dağınıq skleroz, miopatiya, polineyropatiya kimi geniş yayılmış nevroloji xəstəliklərlə bağlı problem olan pasientlər də böyük əminliklə R.Oettmeyerə müraciət edə bilərlər.
11 SENTYABR 2024
Sinir sistemi xəstəliklərinin (Parkinson, Alsheymer, Dağınıq skleroz və s.) müalicəsində İnteqrativ Tibb
metodlarının effektivliyi (praktikadan nümunələrlə) 12 SENTYABR 2024
Ürək-qan damar sistemi xəstəliklərinin müalicəsində İnteqrativ Tibb metodlarının effektivliyi 13 SENTYABR 2024
Sanum (İzopatik) terapiya
14:30 - 15:00 - Qeydiyyat
15:00 - 16:30 - 1-ci hissə
16:30 - 17:00 - Coffee Break
17:00 - 18:15 - 2-ci hissə Qeyd: Tədbirdə iştirakınızı təsdiqləmək və müvafiq olaraq giriş bileti əldə etmək üçün linkdə qeyd
olunan məlumatları doldurun.
https://bit.ly/3T774MG Ödəniş: 1 gün üçün 20 AZN Ünvan: "Badamdar Hotel & Residences" (Əvvəlki Kempinski) otelinin GABALA zalı Mikayıl Müşfiq küç. 1C
Tel: (012) 430 89 49
Saglamolun.Az