"Rusiya lideri Vladimir Putinin səfəri ərəfəsində Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Monqolustan Prezidenti Uxnaaqin Xurelsuxa müraciət etməsi barədə məlumat reallığa uyğun deyil".
Sfera.az xəbər verir ki, bunu Monqolustan prezidentinin mətbuat xidmətinin rəhbəri Ulzibayarin Zolbayar xüsusi brifinqdə deyib.
“Gəlin internetdə yayılmış yalan məlumatları ifşa edək. Rusiya liderinin sentyabrın 3-də ölkəmizə səfəri ilə bağlı BCM-in Monqolustan prezidentinə ünvanlanmış məktubda bəyanat və müraciətlər çatdırması barədə məlumat rəsmi mənbədən alınan məlumat deyil, yalan və faktların təhrifidir”, - rəsmi bildirib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirmişdi ki, Kremlin Ulan-Batorun Roma Statutunu imzalaması və Beynəlxalq Cinayət Məhkəməsinin üzvü olması ilə bağlı narahatlığı yoxdur. Onun sözlərinə görə, Rusiya və Monqolustan arasında "əla dialoq" var və Putinin səfərinin bütün aspektləri ətraflı şəkildə hazırlanıb.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin sentyabrın 3-də Monqolustana rəsmi səfəri nəzərdə tutulub. Bildirilib ki, Putin Monqolustan prezidenti ilə Rusiya-Monqolustan münasibətlərini, hərtərəfli strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə edəcək.Monqolustan Putinlə bağlı məlumatı YALANLADI: "Elə bir müraciət daxil olmayıb"
İnci