RU

Nadir xəstəliklə KTM-ə gətirilən xəstə həyata qaytarılıb » Medical Media


27.08.2024-cü il tarixində 39 yaşlı xəstə paranoid şizofreniya, neyroleptik bədxassəli sindrom (NMS) diaqnozu ilə Kliniki Tibbi Mərkəzə daxil olub.

Ağır vəziyyətdə olan xəstə Terapevtik Reanimasiya şöbəsinə qəbul edilib, müayinə və müalicələri başladılıb. Müalicə həkimi, KTM-in həkim-psixiatrı Aytən Namazova və Reanimasiya şöbəsinin müdiri Təranə Məhərrəmovanın uğurlu psixiatrik və reanimatoloji müalicələri öz müsbət təsirini göstərib, nəticədə xəstə həyati təhlükəsini geridə qoyub. 

Aytən Namazova bildirib ki, bədxassəli neyroleptik sindrom tibbdə ciddi və nadir görülən, həyati təhlükə yaradan, sağalma ehtimalı aşağı olan bir vəziyyətdir: “Bu sindrom adətən neyroleptik (antipsixotik) dərmanların qəbuluna cavab olaraq inkişaf edir və təcili tibbi müdaxilə tələb edir. Statistikaya görə, hər 5000 - 10000 nəfərdən birində rast gəlinir".

Hazırda xəstənin vəziyyəti stabilləşib, ambulator müalicə üçün evə buraxılması planlaşdırılır.
Избранный
190
44
medicalmedia.az

10Источники