RU

Burun tutulması zamanı ən təsirli 2 TƏBİİ ÜSUL

Rinit burun balıqqulaqları deyilən burun ətlərinin şişməsidir. Səbəbi allergik və iltihabi ola bilər. Əgər burun tutulmasından əziyyət çəkirsinizsə, onda bu reseptdən istifadə edə bilərsiniz. Lazım olanlar: təmiz ilıq su 500 qram, 1 xörək qaşığı dəniz duzu, 1 xörək qaşığı 20 faizli propolis cövhəri.
Deməli suya 1 xörək qaşığı duzu qarışdırıb həll edin, sonra propolisi əlavə edib qarışdırn. Bu qarışımın 2 formada istifadəsi vardır: Birincisi. Bu qarışım 20 qramlıq şpirisə çəkilir (şpirisin iynəsi atılır), adam başı aşağı vəziyyətdə duraraq bir burun dəliyindən şpirislə yavaş-yavaş vurulur, o biri burun dəliyindən isə maye tökülür. Bunu gündə 3 dəfə edə bilərsiniz. İkincisi: Gündə 8-10 dəfə qarışım ələ tökülür, buruna çəkilir və tökülür. Xatırladım ki, hər iki üsul faydalıdır. Böyümüş burun ətləri kiçilsin və rahat nəfəs almaq təmin olunsun deyə müalicəni ən azı 20 gün etmək lazımdır.

Saglamolun.Az





Избранный
128
17
saglamolun.az

10Источники