"Məscidül-Əqsa"nın imamı İsrail kəşfiyyatına çağırılıb
İsrail kəşfiyyatı Qüds və Fələstinin keçmiş müftisi və "Əl-Əqsa" məscidinin imam Hatibi Şeyx İkrime Sabrini ifadə vermək üçün quruma çağırıb.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Şeyx Səbrinin hüququnu qoruyan vəkil bürosu açıqlama yayıb.
Bildirilib ki, bu gün səhər İsrail polisi Şeyx Səbrinin işğal altında olan Şərqi Qüdsdəki evinə qəfil basqın edib: "Çox kobud şəkildə evə basqın edən İsrail polisi Şeyx Səbrinin İsrail kəşfiyyatına ifadə vermək üçün çağırıldığını xəbər verib".
Xatırladaq ki, İsrail polisi avqustun 2-də cümə xütbəsində İranda qətlə yetirilən Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyə üçün dua edən Məscidül-Əqsa İmam Hatibi Şeyx Səbrini həsb etsə də, sonradan onun barədə qərarı ev dustaqlığı ilə dəyişiblər.
Avqustun 8-də isə İsrail polisi Şeyx Səbrinin Məscidül-Əqsaya daxil olmasını 6 ay müddətinə qadağan edib.