"Çin beynəlxalq aləmdə, Sakit okeanın qərb hissəsində hegemonluğa can atır..."
Əgər Pekinin siyasəti nə zamansa Səmavi İmperiyaya (rusca "Поднебесная") məxsus olan torpaqların geri qaytarılmasına yönəlibsə, o zaman Çin Rusiya ərazilərinin ilhaqına başlamalıdır.
Moderator.az xəbər verir ki, bu barədə Tayvan prezidenti Lay Tsinde yerli televiziyaya müsahibəsində bəyan edib.
Lay Tsinde Çin sülaləsinin idarəçiliyi altında tənəzzüldə olarkən Cinin 1858-ci ildə Ayhun müqaviləsi əsasında Rusiya imperiyasına keçən ərazisini nəzərdə tutub.
Əvvəlcə Səmavi İmperiyanın hakimləri bu sazişi təsdiq etməkdən imtina edib. Lakin onun imzalanmasından keçən iki ildən sonra bu sazişin gerçəkləşdirilməsinə məcbur olub. Hal-hazırda Çin Ayhun müqaviləsini "ədalətsiz" və "zor gücü ilə qəbul edilən" saziş adlandırır.
Adıçəkilən sazişi xatırlayarkən Lay Tsinde tarixi ədaləti bərpa etmək üçün bu ada dövlətini "doğma limana" qaytarmaq istədiyini iddia edən Pekinin motivlərini şübhə altına alıb.
"Çinin Tayvanı zəbt etmək niyyəti ölkəmizdə hər-hansı bir şəxsin və yaxud siyasi partiyanın bəyan etməsi ilə bağlı deyil. Çin Tayvanı heç də ərazi bütövlüyünün bərpası naminə ilhaq etmək istəmir", - siyasətçi buna əmindir.
"Əgər siz məhz bu məqsədi güdürsünüzsə, o zaman Ayhun müqaviləsi əsasında Rusiyanın işğal etdiyi torpaqları nədən geri qaytarmayasınız ki? Axı Rusiya indi heç vaxt olmadığı qədər zəifdir", - o, əlavə edib.
Lay Tsinde güman edib ki, Səmavi İmperiya ada dövlətini başqa səbəbdən zəbt etmək istəyir. "Çin beynəlxalq aləmdə, Sakit okeanın qərb hissəsində hegemonluğa nail olmaq istəyir, onun əsl məqsədi budur", - Tayvan prezidenti əmin edib.
64 yaşlı Lay Tsinde bu ilin may ayında seçkilərdə qələbə qazandıqdan sonra prezident postunu tutub. Bundan öncə o, 4 il ərzində vitse-prezident olub və Demokratik Tərəqqi Partiyasına rəhbərlik edib. Pekin bu siyasətçini "separatçı" adlandırır.