RU

"Qurban Qurbanov Azərbaycan futbolu üçün o qədər işlər görüb ki, "Qarabağ"ı bütün dünya tanıyır"

"Qarabağ"ın sabiq futbolçusu, hazırda futbol agenti kimi çalışan Boyan İliç Sportal.az saytına açıqlama verib.

O, Ağdam klubunun Çempionlar Liqasının pley-off mərhələsinin “Dinamo”ya qarşı keçirdiyi oyunlardan danışıb:

"Qarabağ" "Dinamo"ya qarşı ilk oyunda şansları əldən verdi. Axı, Zaqrebdə nə qədər qol şansları oldu. Düzünü deyim, hələ "Dinamo"nun qapısı qarşısında bu qədər qol epizodu yaradan rəqib görməmişdim. 3:0 hesablı məğlubiyyət isə...Heç oyuna görə deyildi. "Dinamo" təcrübəli və keyfiyyətli komandadır. Üstəlik, Marko Yankoviç və Marko Veşoviç də zədəyə görə oynamırdı. Bu da "Qarabağ"ın oyununa təsir etdi. "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə hazır idi. Hər şey fərqli ola bilərdi. Sadəcə fart gətirmədi".

Serbiyalı Azərbaycan çempionunun Avropa Liqasının yeni formatı ilə keçiriləcək oyunlarında uğurlu çıxış edəcəyini deyib: "Püşkatma normal getdi. “Qarabağ” demək olar ki, bütün rəqiblərlə eyni səviyyədə oynaya bilər. Hətta bəzi komandalar “Qarabağ”dan da zəifdir. Məncə, bu komanda növbəti mərhələyə adlayacaq gücdədir. “Qarabağ” bu oyunlara hazırdır və keyfiyyətli oyunçuları var. Qurban Qurbanov hamıdan daha yaxşı bilir, hansı futbolçunu komandaya götürmək lazımdır, kimi yox. Dəfələrlə bunu göstərib və hər dəfə haqlı çıxıb. Qurban Qurbanov kimi məşqçiyə və seçimlərinə hörmət etmək lazımdır. Azərbaycan futbolu üçün o qədər işlər görüb ki, indi "Qarabağ"ı bütün dünya tanıyır".

Mirbağırağa

saytlarin hazirlanmasi

Избранный
150
1
sportal.az

10Источники