RU

UEFA-dan Əliyar Ağayeva yeni təyinat

FİFA referisi Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

Axar.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsinin I turunda keçiriləcək Kosovo-Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ə.Ağayevə Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərindəki “Fadil Vokrri” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
69
25
axar.az

10Источники