RU

Əliyar Ağayev Millətlər Liqasına təyinat aldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti təyinatını alıb.

Azreform.info AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək Kosovo – Rumıniya qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını İnqilab Məmmədov yerinə yetirəcək.

Qeyd edək ki, sentyabrın 6-da Priştina şəhərində yerləşən "Stadiumi Fadil Vokrri”də keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Избранный
100
25
azreform.info

10Источники