RU

Laporta Levandovskidən danışdı

style='margin-bottom:10px;'>

“Barselona”nın prezidenti Joan Laporta jurnalistlərə açıqlama verib. 

QOL.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Laporta açıqlamasında Robert Levandovskiyə xüsusi münasibəti olduğunu bildirib: “Robert kluba bağlı oyunçudur. Eşidəndə ki, feyr pley qaydalarına görə oyunçu qeydiyyata salmaqda çətinlik çəkirik, o, kluba kömək etmək üçün öz maaşını azaltmağı təklif etdi”.

Kataloniya klubunun prezidenti İlkay Gündoğanın gedişinə də aydınlıq gətirib: “Bu qərar ancaq idman səbəbləri ilə bağlı idi. Dani Olmo ilə müqavilə imzaladıqdan sonra Gündoğanın rolu aydın deyil idi. Çünki onlar çox oxşar mövqədə oynayırlar. İlkay möhtəşəm insan və futbolçudur”. 

Избранный
110
11
teleqraf.com

10Источники