RU

Kabardin-Balkarda 200 nəfər sudan zəhərləndi


Kabardin-Balkarın Baksan şəhərində 200-dən çox insan zəhərlənib.
Yeniavaz.com
xəbər verir ki, ümumilikdə, prokurorluğun məlumatına görə, Baksanda 212 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 63-ü xəstəxanaya yerləşdirilib.
İstintaq Komitəsinin ilkin məlumatına görə, hadisəyə səbəb krandan axan sudan zəhərlənmə ola bilər.
Mütəxəssislər Baksanda bağırsaq infeksiyası baş verəndən sonra suyu hiperxlorlaşdırmağa başlayıblar.
Kabardin-Balkarda iki məktəb, iki məktəbəqədər təhsil müəssisəsi və bir kollec daxil olmaqla beş təhsil müəssisəsi fəaliyyətini dayandırıb.
Избранный
63
yeniavaz.com

1Источники