"Əl-Nəsr"in və Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo ailəsi ilə birlikdə Monakoda yaxtada istirahət edib.
Sportinfo.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Ronaldo ilə nişanlısı Corcina Rodrigez arasındakı isti anlar paparatsilərin diqqətindən yayınmayıb. Fotoqraflar Ronaldonun sudan çıxan sevgilisinin ombasından tutmasını lentə alıb.
Ronaldo istirahətdən sonra milli komandanın Millətlər Liqası çərçivəsində Xorvatiya və Şotlandiya ilə oyunlarında iştirak edəcək.