RU

Naxçıvanda ilk dəfə müsabiqə yolu ilə 1 torpaq sahəsi mülkiyyətə verilib

Naxçıvan şəhər Əliabad bələdiyyəsinə məxsus 1 torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı ilk dəfə torpaq müsabiqəsi keçirilib.Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, məktəb və bağça binasının tikintisi məqsədilə müsabiqəyə çıxarılan torpaq sahəsinin müsabiqə prosesində qeydiyyatdan keçən 2 sifarişçi iştirak edib.Müsabiqədə torpaq sahəsinə dair təkliflər sifarişçilər tərəfindən möhürlü zərflərdə komissiya üzvlərinə təqdim edilib. Qanunvericiliyə müvafiq olaraq, möhürlü zərflər komissiya üzvlərinin iştirakı ilə açılıb və ən yüksək qiymət təklif edən sifarişçi müsabiqənin qalibi elan olunub.26 sentyabr tarixdə növbəti torpaq müsabiqəsinin keçirilməsi nəzərdə tutulub. Keçiriləcək müsabiqə ilə bağlı elan Əmlak Məsələləri Dövlət Xidmətinin və “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxsin rəsmi internet saytlarında yerləşdirilib.

ADEX

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
8
baku.news

9Источники