RU

Mədə qıcqırmasının müalicəsi necə olmalıdır?

Qıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir. Ona görə də qıcqırmadan qurtulmaq üçün, bu xoşagəlməz əlamətə səbab olan xəstəliyi müalicə etmək lazımdır. Qıcqırma daimi olmadıqda və ya hər hansı bir xəstəlik nəticəsində baş vermədikdə, yandırma hissiyyatını sakitləşdirən dərman maddələrindən istifadə etmək olar. Bunlar antasid preparatlar olub, qida borusunun selikli qişasını örtərək, onu mədə şirəsinin kəskin təsirindən qorumaq qabiliyyətinə malikdirlər. Bu halda suspenziya (maye) şəklində olan preparatlar daha yaxşı kömək edir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bu preparatları 3-4 həftədən artıq müddət ərzində qəbul etmək olmaz.
Qıcqırma zamanı “Borjomi”, “Slavyanovskaya”, “Narzan” və digər mineral sular yaxşı kömək edir. Müalicə ilıq (38-400) şəkildə 50-100 ml (1/4-1/2 stakan) həcmində mineral suyun qəbul edilməsi ilə başlayır. Yaxşı uyğunlaşma olduğu halda, müalicənin 3-4-cü gününə, bir dəfəyə qəbul edilən suyun miqdarını 1 stakana çatdırmaq olar. Qıcqırmanın olması şikayəti qeyd edildiyi halda, mineral suyu yeməkdən 30-40 dəqiqə sonra, yəni məhz qıcqırmanın baş verməsi gözlənilən zaman qəbul etmək lazımdır. Mineral sular yalnız qıcqırmanın qarşısını almır. Onlar həmçinin, mədə-bağırsaq sisteminin istənilən xəstəlikləri zamanı da yaxşı müalicəvi təsir göstərirlər. Qıcqırma zamanı təcili yardım kimi 1 çay qaşığı zeytun və yə çaytikanl yağı (əlacsız qaldıqda – günəbaxan, qarğıdalı) içmək olar. Bu zaman effekt çox tez baş verir və uzun müddət ərzində qalır. Adi günəbaxan tumlarının yeyilməsi də qıcqırmaya qarşı yaxşı kömək edir. Yeri gəlmişkən, qıcqırma zamanı çay sodası qəbul edilməsini həkimlər məsləhət görmürlər. Qələvi olan çay sodası ilə, mədə şirəsindəki xlorid turşunun qarşılıqlı təsiri nəticəsində, xeyli miqdarda karbon qazının hasil olması ilə gedən kimyəvi reaksiya baş verir. Bu qaz mədəni dolduraraq onun şişməsinə səbəb ola bilər. Əgər bu zaman mədədə əvvəlcədən də xora, eroziya mövcud olarsa (bu zaman mədənin divarı nazilmiş olur), bu, həmin nahiyədə mədənin deşilməsi və mədə möhtəviyyatın qarın boşluguna düşməsi ilə nəticələnə bilər. Bu halda isə, həyat üçün çox təhlükəli olan və təcili olaraq cərrahi müdaxilə tələb edən peritonit inkişaf edir. Dəfələrlə və uzun müddət ərzində çay sodasının, xususilə də maye şəklində deyil, bıçaq və ya qaşığın ucunda qəbul edilməsi orqanizmin zəhərlənməsinə səbəb olur. Bu zaman baş ağrısı, zəiflik, qusma kimi əlamətlər baş verir.

Saglamolun.Az





Избранный
76
41
saglamolun.az

10Источники