RU

Zelenski Lvovda ölən və yaralananların sayını AÇIQLADI

Xəbər verdiyimiz kimi, Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket zərbələri endirib. Mövzu ilə bağlı Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Lvova hücum nəticəsində 5 nəfər ölüb:

"Onların arasında 14 yaşlı qız da var. 30-dan çox insan yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”.

Bundan əlavə, Krivoy Roqda hücumlar nəticəsində 5 nəfər yaralanıb.

V.Zelenski qeyd edib ki, iki şəhərdə yaşayış binalarına, məktəblərə, tibb müəssisələrinə və mülki infrastruktura zərər dəyib.

Bizim.Media

Избранный
37
10
bizim.media

10Источники