Ukraynanın Lvov şəhərinə Rusiya Silahlı Qüvvələrinin (SQ) hücumları nəticəsində 5 nəfər ölüb, 30 nəfər yaralanıb.Elchi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.“Rusiya raketləri şəhərlərimizə və xalqımıza qarşı. Hazırda Lvova hücum nəticəsində 5 nəfər ölüb, onların arasında 14 yaşlı qız da var. 30-dan çox insan yaralanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verirəm”, – paylaşımda vurğulanıb.Bundan əlavə, Krivoy Roqda hücumlar nəticəsində 5 nəfər yaralanıb.V.Zelenski qeyd edib ki, iki şəhərdə yaşayış binalarına, məktəblərə, tibb müəssisələrinə və mülki infrastruktura zərər dəyib.Havar Şəfiyeva
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта