RU

Rusiya Lvovu raket atəşinə tutub - Ölən və yaralananlar var

Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket hücumu həyata keçirb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ilk məlumatı Ukrayna prezidenti Vladimir Zelenski açıqlayıb.

O, raketlərin mülki obyeklərə tuş gəldiyini bəyan edib: "İlkin məlumata görə, hücum nəticəsində biri uşaq olmaqla, 5 nəfərin həlak olub, 30-dan çox yaralanıb".

Dövlət başçısı bildirib ki, raket zərbələri nəticəsində yaşayış binaları, məktəblər və tibb müəssisələrinə ziyan dəyib: "Bu hücumlar terror aktlarının davamıdır. Dünya bu hücumların qarşısını almaq üçün Ukraynaya dəstəyi davam etdirməlidir".

Lvov vilayətinin Hərbi Administrasiyasının rəhbəri Maksim Kozitski isə deyib ki, Lvova hücum nəticəsində 5 nəfər ölüb, 38 yaralanıb.

Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı isə bildirib ki, raket hücumları ilə yanaşı, Kiyevə də PUA hücumu olub.

Samir MUSAYEV

MİA.AZ

Избранный
137
50
mia.az

10Источники