RU

Zelenski Kurskdan danışdı: Putini buna məcbur edənə kimi...

Rusiya Prezidenti Vladimir Putini danışıqlara məcbur edənə qədər Kurskda tutduğumuz əraziləri saxlamağı planlaşdırırıq. Çünki bu, qələbə planının tərkib hissəsidir

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski "NBC Nyus"a müsahibəsində deyib.

Eyni zamanda prezident əlavə edib ki, bu plan barədə beynəlxalq tərəfdaşlara, o cümlədən ABŞ-a bildirəcək.

"Ukrayna Rusiya ərazisinə hücumunu genişləndirməyi planlaşdırırmı?" sualına Zelenski, bu barədə danışa bilməyəcəyini deyib.

Onun sözlərinə görə, Kursk əməliyyatı Ukraynanın müttəfiqləri üçün gözlənilməz olub:

"Bəli, heç kimə deməmişdik. Bu, inamsızlıq məsələsi deyil. Kiyevin keçən yay əks-hücumu böyük dərəcədə reklam edildi və bu, ruslara hazırlaşmağa imkan verdiyi üçün uğursuz oldu".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Избранный
23
5
milli.az

3Источники