RU

Azərbaycan-İsveç matçına satılan biletlərin sayı açıqlandı

Azərbaycan yığmasının Millətlər Liqasında Bakıda İsveçlə baş tutacaq matçına satılan biletlərin sayı açıqlanıb.

Heftelik.az-ın xəbərinə görə, bu barədə Report-a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.

Qarşılaşmaya 7655 bilet satılıb.

Qeyd edək ki, sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

Избранный
41
9
heftelik.az

10Источники