RU

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Azərbaycanın yunan-Roma güləşçisi Cocu Səmədov (87 kq) İspaniyanın Pontevedra şəhərindəki U-20 dünya çempionatında gümüş medal qazanıb.

Həlledici mərhələdə qırğızıstanlı Asan Janişovla üz-üzə gələn idmançımız 0:8 hesabı ilə məğlub olaraq mundialı ikinci sırada tamamlayıb.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunur. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

Избранный
38
24
cbcsport.az

10Источники