Astara rayonunun Rüdəkənar kəndində həmkəndlisinə qarşı qeyri-etik hərəkət edən şəxs saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, 1986-cı il təvəllüdlü Şirxan Babayev (soyad şərti - red.) barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, Şirxan avtomobilini həmkəndlisi Kamilin (şərti) darvazasının qarşısında saxlayıb. Bu zaman maşının şüşəsini aşağı endirərək, ona tərəf tüpürüb. Heç bir səbəb olmadan onu söyərək, təhqir edib. Kamil isə polisə şikayət edib. Təqsirləndirilən şəxs məhkəmənin qərarı ilə 5 gün müddətində inzibati qaydada həbs edilib.
Mənbə: oxu.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az