RU

Hakimiyyət üçün "səmərəli" məsləhət, yaxud seçki abırsızlığına son!

İdman Arbitraj Məhkəməsi (CAS) rusiyalı atlet Tatyana Tomaşovanı 2012-ci il Olimpiya Oyunlarının gümüş medalından məhrum edib.

SeherXeber.org xəbər verir ki, məhkəmə idmançını antidopinq qaydalarını pozmaqda təqsirli bilib və 10 il müddətinə diskvalifikasiya edib.

Bildirilir ki, qərar “antidopinq qaydalarının çoxsaylı pozulması” səbəbindən qəbul edilib. Açıqlamada idmançının 21 iyun və 17 iyul 2012-ci il tarixli dopinq testlərində, yarışdankənar dövr ərzində təkrar yoxlamalar nəticəsində qanında anabolik steroidlərin aşkarlandığı aydınlaşdırılır.

Məhkəmə həmçinin idmançının 21 iyun 2012-ci il tarixindən 3 yanvar 2015-ci il tarixədək yarışlardakı bütün nəticələrini ləğv edib, onu bütün titullarından, mükafatlarından, medallarından, xallarından, pul mükafatlarından və iştirak gəlirindən məhrum edib.(Musavat.com)

Избранный
66
seherxeber.org

1Источники