RU

Bir ailənin dramı - Rusiya raketi ailənin dörd üzvünü öldürdü

Ukraynanın Lvov şəhərinə Rusiyanın növbəti raket zərbəsi nəticəsində bir ailənin dörd üzvü həlak olub.

“AzPolitika” xəbər verir ki, bu barədə Lvovun meri Andrey Sadovoy məlumat verib.

Məlum olub ki, Yaroslav adlı ailə başçısı Rusiya raketinin qətlə yetirdiyi bütün ailə üzvlərini – həyat yoldaşı Yevgeniya və qızları Yarina, Darya, Emiliyanı itirib.

Qeyd edək ki, Rusiyanın bugünkü hücumu nəticəsində təkcə Lvovda 5 mülki şəxs həlak olub, 30-dan çox yaralı var. Həmçinin, Kjrivoy Roq, Odessa və Kiyevə də raket zərbələri endirilib.

“AzPolitika.info”   

Избранный
81
azpolitika.info

1Источники