RU

Bakıda kafe işlədən qadın döyüldü

Bakının Sabunçu rayonunda 2001-ci il təvəllüdlü Ramal adlı şəxs kafe işlədən Əsmərə (adlar şərti göstərilib – red.) xəsarət yetirib. 

Demokrat.az
-ın əldə etdiyi məlumata görə, hadisə Sabunçu rayonunun Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən “N“ adlı kafedə baş verib. 

Ramal kafedə ictimai qaydanı kobud şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, həmin hadisə ilə öz şəxsiyyətini hadisə yerində olan şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ona qışqırmaması üçün öz iradlarını bildirdiyindən ictimai yer olan kafenin gözü qarşısında tanımadığı Əsmər ilə mübahisə edib. 

Bu zaman Ramal əli ilə qəsdən Əsmərin üz nahiyyəsindən bir neçə dəfə, təpiklə isə ayağından bir dəfə zərbə endirib. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə xuliqanlıq cinayət əməlini törədib.

Hadisəni törədən Ramalın barəsində Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 

O bildirib ki, 30 may 2024-cü ildə, təxminən saat 22 radələrində qardaşı Vahid ona zəng edərək atalarının probleminin olduğunu və “N” kafesinə gəlməsini istəyib: 

“Mən dərhal həmin kafeyə getdikdə qardaşımın dostu ilə pivə içdiklərini gördüm. Qəzəblənərək qışqırdıqda isə Vahid zarafat etdiyini dedi. Həmin zaman orada olan Əsmər adlı şəxs qışqırdığım üçün mənə öz iradlarını bildirdi. Mən də ona cavab qaytardım. Əsmər məni təhqir edərkən isə onun üzərinə gedərək əlim ilə onun üz nahiyyəsindən qəsdən bir neçə dəfə zərbələr vurdum. 

Əsmər də mənim üzümdən bir dəfə şillə vurdu. Sonra isə orada olan müştərilər bizi aralaşdırarkən masanın üzərində olan pivə bokalını Əsmərə tərəf atsam da, həmin bokal ona dəymədi. Sonra isə kafedən çölə çıxdıqda Əsmərin məni  təhqir etdiyini eşitdim. Ona tərəf getsəm də, onu təpiklə vurmadım. Ətrafda olan şəxslər bizi sakitləşdirdikdən sonra mübahisə sona çatdı”. 

İş üzrə zərərçəkmiş qismində ifadə verən Əsmərin sözlərinə görə, yaşadığı evin yaxınlığında “N” adlı kafe işlədir: 

“Hadisə günü, təxminən saat 22 radələrində həmin kafedə olarkən tanımadığım, sonradan adının Ramal olduğunu öyrəndiyim şəxs içəri daxil olaraq yüksək səslə nalayiq ifadələr işlətməyə başladım. Ona öz iradlarımı bildirən zaman isə həmin şəxs ünvanıma nalayiq ifadələr işlədərək üzərimə gəlməyə başladı. Əli ilə qəsdən üz nahiyyəmdən ardıcıl zərbələr vurdu. Həmin zaman tanımadığım müştərilər bizi aralaşdırsalar da, həmin şəxs yenidən üzərimə gəlmək istəyərkən ona imkan verilmədiyi üçün masanın üzərində olan pivə bokalını mənə tərəf atdı. Lakin kənara çəkildiyim üçün bokal mənə dəymədi. 

Bundan sonra Ramal çölə çıxdıqda hadisə barədə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Ramal təpiklə ayağımdan vuran zaman həmin zərbə həm də əlimə dəyib. Ətrafda olan şəxslər Ramalı sakitləşdirdikdən sonra mübahisə sona olmadı”.

Bu cinayət işinə Sabunçu Rayon Məhkəməsində baxılıb. 

Məhkəmənin hökmü ilə Ramal aylıq qazancından 10 faiz dövlət nəfinə pul tutulmaqla 1 il müddətə islah işləri cəzasına məhkum edilib.


Fariz Məlikli
Demokrat.az
Избранный
45
demokrat.az

1Источники