RU

Daha bir bələdiyyə sədri məhkəməyə verildi

Biləsuvar rayonu Amankənd Bələdiyyəsinin sədri Füzuli Məmmədov məhkəməyə verilib.

 

Modern.az-ın məlumatına görəFüzuli Məmmədovbarəsində aidiyyəti qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253-1.1.3-cü (yaşıllıqların uçotu və monitorinqi haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

İşə Biləsuvar rayon Məhkəməsində hakim Mədinə Rəsulovanın sədrliyi ilə baxılacaq.

 

Protokol təsdiq edilərsə, bələdiyyə sədri min manat məbləğində cərimə ediləcək.

Избранный
88
6
modern.az

8Источники