ABŞ, Avropa İttifaqı (Aİ) və Kanada kimi Qərb ölkələrinin gördüyü məhdudlaşdırıcı tədbirlərə baxmayaraq, avqust ayında Çinin avtomobil şirkətlərinin elektromobil satışları azalmayıb.
İndex.az xəbər verir ki, dünyanın ən böyük elektromobil istehsalçısı olan BYD markası avqust ayında rekord sayda elektromobil satıb.
BYD-nin avqust ayında satışları keçən ilin eyni dövrünə görə 30% artaraq 370 min 854 ədədə çatıb.
BYD satışlarının 8%-i (31.451) başqa ölkələrə ixrac edilib.
Çin şirkəti “Xpeng” də avqust ayında 14 min 36 elektrikli avtomobil satıb.
Şirkətin satışları aylıq olaraq 26%, illik bazda isə 2,5% artıb.
Yüksək səviyyəli modelləri ilə tanınan “Nio”, avqust ayında 20 min 176 yeni elektromobil satıb.
Bu dövrdə şirkətin satışları illik bazda 4% artıb.
Çinin daha bir elektromobil istehsalçısı “Zeekr” avqust ayında 18 min 15 avtomobil sataraq. aylıq satışları 15%, illik satışları isə 46,4% artırıb.
Çində istehsal edilən “Tesla” modellərinin ixracı da daxil olmaqla satışı avqust ayında 86 min 697 ədədə çatıb.
Çində istehsal edilən “Tedla”ların satışları aylıq olaraq 17%, illik bazda isə 3% artıb.
Çinin elektrikli avtomobil istehsalçısı “Li Auto” avqust ayında 48 min 122 avtomobil satıb.
Sözügedən dövrdə şirkətin satışları illik 37,8% artsa da, aylıq bazda satışlar 5,6% azalıb.