RU

ÇXR-in Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti ADU-nun qonağı olub - FOTOLAR

Sentyabrın 3-də Çin Xalq Respublikasının (ÇXR) Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin nümayəndə heyəti Azərbaycan Dillər Unuversitetinin (ADU) qonağı olub. Görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla və universitetin digər rəhbər şəxsləri iştirak ediblər.
 
Moderator.az xəbər verir ki, akademik Kamal Abdulla qonaqları səmimi qarşılayaraq, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan Dillər Universitetinin dünyanın bir çox xarici universitetləri ilə əlaqələrinin uğurla inkişaf etdiyini vurğulayan rektor bugünkü görüşün daha geniş əməkdaşlıq üçün böyük imkanlar açacağına, iki dövlət arasında mövcud münasibətlərin inkişafına müsbət təkan verəcəyinə əmin olduğunu bildirib.
 
Azərbaycan Dillər Unuversitetinin rektoru qeyd edib ki, ADU-nun nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinə, Çin dilinin tədrisinin inkişafı üçün xalqlarımız arasında qarşılıqlı münasibətlərin artırılmasına xidmət edir. Konfutsi İnstitutunun fəaliyyəti Çin dilinin öyrənilməsinə kömək etməklə yanaşı, Çin mədəniyyətinə marağı stimullaşdırır. Eyni zamanda, Çin Xalq Respublikasının Xudzou Dövlət Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin uğurlu fəaliyyəti Azərbaycan-Çin münasibətlərinin müxtəlif müstəvilərdə daha dərin inkişafına kömək edir. Mərkəz müxtəlif təqdimatlar, dəyirmi masalar, tədbirlər keçirməklə Azərbaycan dilini, mədəniyyətini və tarixini Çin Xalq Respublikasında təbliğ edir.
 
Səmimi qarşılanmaya və qonaqpərvərliyə görə ADU rəhbərliyinə təşəkkürünü bildirən Çin Xalq Respublikasının Dil Təhsili və Əməkdaşlıq Mərkəzinin Baş direktorunun müavini Yu Tianqi univesitetdə olmaqdan məmnunluğunu ifadə edib. ADU ilə əməkdaşlığı yüksək qiymətləndirən qonaq iki ölkə arasında elmi əməkdaşlığın inkişafının perspektivlərini müzakirə edib. Qeyd olunub ki, Azərbaycan və Çin arasında bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də əməkdaşlıq yüksələn xəttlə inkişaf etməkdədir. Bu baxımdan, Azərbaycan Dillər Universiteti ilə olan sıx təmaslar ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm töhfə verir.
 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
57
1
moderator.az

2Источники