RU

Ukrayna hökumətində istefa dalğası - SƏBƏB NƏDİR+AÇIQLAMA

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Polşa ilə qalmaqaldan sonra istefa verib.

Bundan başqa Ukraynada baş nazirin iki müavini, 4 nazir və bir fond rəhbəri istefa ərizələrini təqdim ediblər. Kadr dəyişikliklərinin davam edəcəyi deyilir.

Sizcə Ukraynanın daxilində olan çaxnaşma Ukraynanın vəziyyətini daha da gərginləşdirə bilərmi?

Ukraynanın bundan sonrakı vəziyyəti necə olacaq?

Mövzu ilə bağlı politoloq Tural İsmayıyov Turkustan.az-ın suallarını cavablandırıb.

Tural

Tural İsmayıyov

Politoloq bildirib ki, “Ukraynada Rusiya ilə müharibə ərəfəsində vəziyyət kifayət qədər gərgin olaraq qalmaqdadır. Əslində gözlənilən idi ki, Ukrayna içərisində müəyyən istefalar olacaq. Daha əvvəl də hərbi komandanlıqda istefalar baş verdi, indi bu dəfə də xarici işlər naziri Kuleba istefası hakimiyyət daxilində müəyyən narazılıqlarla bağlıdır. Çünki Kuleba müharibənin ən kəskin dövründə kifayət qədər informasiya cəbhəsinin ön sıralarında yer alırdı. Bu dəfə onun istefa verməsi onu göstərir ki, Ukrayna hakimiyyət daxilində fikir ayrılıqları maksimum həddə çatıb.

Amma Kulebanın istefası həyati əhəmiyyətli deyil, hər halda mən düşünürəm ki, digər məsələlərdə hansısa bir anlaşılmazlıq olsa da bu Ukrayna hakimiyyət daxilində növbəti istefalar dalğasına səbəb olmayacaq. Sadəcə olaraq Zelenski ilə müxtəlif fikir ayrılıqları nəticəsində belə bir problem yaşandı. Bu problem də tezliklə digər Zelenskiyə yaxın namizədlərdən birini xarici işlər naziri təyin edilməsi ilə sona çatacağını düşünürəm. Ukrayna daxilindəki məmur istefası və digər məsələlər, müharibənin gedişatı boyunca davam edə bilər”.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Избранный
127
turkustan.az

1Источники