RU

“Sentyabr ayı “Böyük Ermənistan mifi”nin dəfn olunduğu aydır” - ŞƏRH OLUNDU

“2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli Bəyanata əsasən, Ermənistan Azərbaycan ərazisindən öz qoşunlarını çıxarmalı və sülh müqaviləsinin imzalanması üçün danışıqlar prosesinə başlamalı idi. Lakin Azərbaycan ərazisindən qoşunlarının tamamilə çıxarılması öhdəliyi hələ də yerinə yetirilməmişdi. Əksinə, Azərbaycan Ordusunun bölmələrinə qarşı təxribatların törədilməsi və ərazilərin minalanması kimi əməllər həyata keçiririlməkdə davam edirdi”. Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli deyib.

O bildirib ki, belə bir şəraitdə, üçtərəfli Bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirləri keçirildi: “Silahlı Qüvvələrimiz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı.

2023-cü ildə 1 sutka tamam olmadan bütün məqsədlərinə çatmış antiterror əməliyyatı ilə yadda qalan sentyabr ayı “Böyük Ermənistan mifi”nin dəfn olunduğu aydır. Qarabağda uzun illər mövcud olmuş və diz çökərək özünü buraxmağa məcbur qalmış oyuncaq hərbi xuntanın qondarma rejiminin əsas simalarından olan Samvel Şahramanyanın məhz sentyabr ayında növbəti cəfəng iddialar ortaya atması Ermənistanı növbəti bədbəxtliyə aparır. Ermənistan Samvel Şahramanyanın dediyi istiqamətlərdə kiçik bir addım atmağa cəhd etsə, başına nələr gələcəyinə şahid olacaq. Azərbaycan Prezidenti dəfələrlə xəbərdarlıq edib ki, "Dəmir Yumruq" yerindədir.

Hesab edirəm ki, Samvel Şahramanyanın sayıqlamaları da göstərir ki, artıq mühacirətdə Qərbi Azərbaycan hökumətinin yaradılmasının vaxtı yetişib. Qərbi azərbaycanlıların öz doğma torpaqlarına, tarixi yurd yerlərinə qayıdışı məsələsinə dahasistemli yanaşma olmalıdır”.

Müəllif: Səbinə Hüseynli
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
21
sia.az

1Источники