RU

Milli komandalar üçün yeniyetmə basketbolçulara baxış keçiriləcək

Azərbaycan Basketbol Federasiyasının məşqçilər şurası, sentyabrın 5-6-da yeniyetmə oğlanlar arasından milli komandalara namizəd olan basketbolçulara baxış təşkil edəcək.

İdman.biz xəbər verir ki, U-12, U-14 və U-16 yaş kateqoriyaları üzrə keçiriləcək seçimlərdə, tələblərə cavab verən yeniyetmə basketbolçular milli komandaların düşərgəsinə cəlb olunacaqlar.

Qeyd edək ki, baxış xarakteri daşıyan toplanış Azərbaycan Texniki Universitetinin idman zalında baş tutacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
92
4
idman.biz

8Источники