RU

"Sumqayıt" baş məşqçisi ilə yollarını ayırdı

“Sumqayıt” basketbol klubu baş məşqçisi Teymur Hüseynovla yollarını ayırıb.

Sportnet.az xəbər verir ki, növbəti mövsümdən komandanı rusiyalı mütəxəssis Aleksandr Mixaylov çalışdıracaq.

46 yaşlı məşqşçi ilk olaraq Kursk və  Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb. O, 2016-2019-cu illərdə “Tambov” klubunun “sükanı arxası”nda olub və Rusiyanın II Liqasının qalibi adını qazanıb.  Daha sonra Mixaylov Maqnitaqorsk “Metallurq”u və “Novasibirsk” klublarını çalışdırıb. Rusiyalı mütəxəssisin son klubu Rostovun “Peresveta-YFU” komandası olub.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
80
6
sportnet.az

5Источники