Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilir. Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, MSK sədri Məzahir Pənahov bildirib ki, sentyabrın 1-də keçirilən Milli Məclisə növbədənkənar seçkilərlə bağlı şikayətlərə baxılır. MSK sədri qeyd edib ki, namizədlər müraciətlərini ilk olaraq Dairə Seçki Komissiyalarına göndərməlidir: “Biz seçki dairələrinə tapşırmışıq ki, bütün şikayətlər araşdırılsın. MSK-ya 5-6 müraciət daxil olub. Şikayətçilərə bildirmək lazımdır ki, şikayətlər aidiyyatı üzrə göndərilməlidir”.