RU

Bu dairələrdən şikayətlər var - Məzahir Pənahov - Yenilənir

86 saylı Ağcabədi və 97 saylı Tərtər-Ağdam-Goranboy seçki dairələrində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.

“Qafqazinfo” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

O qeyd edib ki, bu gün iclasda müzakirə olunan şikayətlər dairələrə göndəriləcək: “Onlar baxandan sonra yenidən şikayət olarsa, MSK-da baxılacaq”.

***

8 saylı Binəqədi birinci, 42 saylı Sumqayıt birinci, 33 saylı Xətai birinci, 120 saylı Cəbrayıl-Qubadlı seçki dairələrində seçki prosesi zamanı qeydə alınan pozuntularla bağlı iddialar da Mərkəzi Seçki Komissiyasında müzakirə edilib.

MSK sədri bildirib ki, dairələrə daxil olan müraciətlər baxılması üçün dairə seçki komissiyasına göndərilib.

***

“Şikayətlərin aidiyyatı üzrə daxil olmasını gözləyirik, MSK bundan sonra araşdırmalara başlayacaq. Lakin şikayətlər 3 gün müddətinə verilməlidir. On müraciətdən doqquz şikayəti MSK-ya göndərməklə səhv ediblər. Çünki şikayətlər dairələrə göndərilməlidir. Daxil olan şikayətləri məcbur qalıb biz dairələrə yönləndirdik. Araşdırmanı isə kim izləmək istəyirsə, proseslərdə iştirak edə bilər. Araşdırmalarımız sərbəstdir”, - deyə M.Pənahov əlavə edib.

Nuranə Daxilqızı

Избранный
90
15
qafqazinfo.az

10Источники