RU

Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda təmir işləri aparılır - AAYDA

Dövlət başçısının tapşırığına uyğun olaraq, vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Mehdiabad-Digah-Məmmədli avtomobil yolunda təmir işləri aparılır. Təmir işləri sözügedən yolun Əjdər Məlikov küçəsindən (Zabrat-Kürdəxanı avtomobil yolu) Mehdiabad istiqamətində 28 May küçəsinə qədər olan hissəsində icra olunur. Sözügedən hissənin uzunluğu 8630 metr təşkil edir.

Fins.az xəbər verir ki, aparılan işlər çərçivəsində sözügedən ərazidə köhnə asfalt-beton örtüyünün frezlənməsi artıq yekunlaşmaq üzrədir. Hazırda frezlənmə işlərinin bitdiyi hissələrdə “İnşaat Norma və Qaydaları”na əsasən yola lazımi qalınlıqda yeni asfalt-beton örtüyü döşənir.

Sonda avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün yola üfüqi nişanlanma xətlərinin çəkilişi işləri icra olunacaq.

Qeyd edək ki, aparılan işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.


YOLUNUZ AÇIQ OLSUN..

Zemfira Ms
Fins.az

Избранный
113
3
fins.az

4Источники