“Barselona”nın prezidenti Xoan Laporta klubu tərk edən və “Mançester Siti”yə keçən İlkay Gündoğanla bağlı açıqlama verib.
Futbolpress.az xəbər verir ki, funksioner oyunçunun ayrılmasının maliyyə ilə əlaqəli olmadığını deyib:
“Baş məşqçimiz Hansi Flik ilə iclasdan sonra İlkay ayrılmağa qərar verdi. Onun mövqeyinə daha bir oyunçu – Dani Olmo transfer edilmişdi. Bundan sonra İlkay getmək istədi. Bu, klub və oyunçu tərəfindən verilən qərar oldu. Məsələ maliyyə ilə bağlı deyildi”.
33 yaşlı yarımmüdafiəçi 2023-cü ilin yayında “Barselona”ya keçmişdi. O, 51 oyunda 5 qol, 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Gündoğan hazırda “Mançester Siti”nin formasını geyinir.