Olimpiya Oyunlarında əl hərəkəti ilə məşhurlaşan türkiyəli atıcı Yusuf Dikeç Paralimpiya Oyunlarında qızıl medal qazanan Lamiyə Vəliyevanı təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə o, İctimai TV-yə danışıb.
“Lamiyə, qazandığın uğurların münasibətilə səni təbrik edirəm. Gözəl ölkəm Türkiyədən Can Azərbaycana sonsuz sevgi və salamlarımı göndərirəm. İki dövlət, tək millət şüarı bir daha reallaşdı”, - Dikeç söyləyib.
Qeyd edək ki, Lamiyə Vəliyeva qələbəsini Olimpiya Oyunlarında Yusuf Dikeçin pozu ilə qeyd edib.