RU

Məşhur basketbolçunun avtomobili satışa çıxarıldı

TBTFW onlayn bazarında çox nadir 2007-ci il buraxılışlı “Mercedes-Benz SLR McLaren 722 Edition” satışa çıxarılıb.  
 Avtosfer.az xəbər verir ki, Stirling Mossun 1955-ci ildə “Mille Miglia”da qələbəsini qeyd etmək üçün cəmi 150 ədəd istehsal edilən avtomobil əvvəllər basketbol əfsanəsi Maykl Cordana məxsus idi.  

TBTFW saytında Maykl Cordanın “Mercedes-Benz SLR McLaren 722 Edition” modelini 650 min dollara təklif edilir.  

Xatırladaq ki, 2023-cü ilin mayında Bonhams auksionunda həmin avtomobil 822 min dollara satılıb.  

Onu da qeyd edək ki, bu ilin iyul ayında RM Sotheby’s auksionunda daha nadir “Mercedes-Benz SLR McLaren Stirling Moss” 3,4 milyon avroya satılmışdı. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
1
avtosfer.az

2Источники