RU

Bu ilin 3 ayında suda batmış 16 nəfərin meyiti tapılıb, 106 nəfər xilas olunub

Bu ilin 1 iyun – 31 avqust tarixlərində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə 87 suda batma hadisəsi ilə bağlı müraciət daxil olub.

Bu barədə Ulusal.az-ın sorğusuna cavab olaraq FHN-dən bildirilib.

Qeyd olunub ki, müraciətlərlə bağlı həyata keçirilmiş əməliyyatlar nəticəsində 106 nəfər xilas olunub. Nəzarətsiz ərazilərdə suda batmış 16 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. FHN əməkdaşlarının xidmət apardığı nəzarət olunan ərazilərdə ölüm halları qeydə alınmayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
27
9
moderator.az

9Источники