RU

Kökəlmək arıqlamaqdan da çətindir - Moda xəstəliyi

“Müasir dünya piylənmə epidemiyası ilə üz- üzədir. Lakin çox az adam nəzərə alır ki, artıq kilolardan qorxmaq nəticəsində anoreksiya adlı çox çətin sağalan bir xəstəlik də bəlamıza  çevrilib. Müqasir moda, dəb, tendensiyalar təəssüf ki, sağlamlığa yox, bədənimizə zərbə vurmağa yönəlib”.

Bu fikirləri hit.az-a psixoterapevt Cəmil Əliyev səsləndirib:

"Anoreksiya bir yemək pozğunluğudur. Anoreksiyaya tutulmuş insan  özünü ac qalaraq, cəzalandırır. Hər nə qədər arıq olsa da , güzgüdə özünü kilolu görür və yenidən arıqlamağa cəhd edir. Qeyd edim ki, kökəlmək arıqlamaqdan daha çətin başa gələn problemdir. O halda ki, bu psixoloji problemlə əlaqəlidir. Anoreksiyanın səbəbləri arasında genetik faktorlar, şəxsiyyət xüsusiyyətləri, ətraf mühit faktorları və sosial təzyiq dayanır. Anoreksiya ilə mübarizə aparmaq üçün dərman müalicəsi, psixoterapiya və ailə dəstəyi də daxil olmaqla bir sıra müalicə variantları mövcuddur".

Murad
 

Избранный
121
hit.az

1Источники