Məşhur çexiyalı tennisçi Karolina Plişkova ayağından əməliyyat olunub.
32 yaşlı idmançı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Dünyanın keçmiş \"1 nömrə\"si ABŞ Açıq çempionatının 1/32 finalında italiyalı Jasmin Paolini ilə qarşılaşmada zədələnib. O, yarışı davam etdirə bilməyib.
Qeyd edək ki, K.Plişkova hazırda reytinqdə 44-cü pillədə qərarlaşıb.