Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində fəaliyyət göstərən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub."DogruXeber.az" Yeniavaz.com-a istinadən xəbər verir ki, Agentlik tərəfindən ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı keçirilən tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərov (VÖEN – 2004596032) olub.Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Əşrəf Səfərova məxsus 3 932 kv. metr qeyri-yaşayış sahəsini 34 ay müddətinə icarəyə götürür və icrə haqqı olaraq 2 milyon 740 min 604 manat (ayda 80 min 606 manat) ödəyəcək.Onu da qeyd edək ki, bir ay əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “DOST İş Mərkəzi” MMC-nin də ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi Əşrəf Səxavət oğlu Səfərov olub. DOST Əşrəf Səfərova məxsus 2 750 kv. metr qeyri-yaşayış sahəsini 24 ay müddətinə icarəyə götürüb və icrə haqqı olaraq 853 min 710 manat (ayda 35 min 571 manat) ödəyəcək.DOST qeyd olunan ofis sahəsini Əşrəf Səfərovdan daha əvvəl də icarəyə götürüb. 2020-ci ildə 8 ay üçün 249 min 600 manat, 2022-ci ildə isə 6 ay üçün 213 min 432 manat, 2023-cü ildə 12 ay üçün 426 min 855 manat ödəyib.Mətbuatda yer alan məlumatlardan belə görünür ki, Əşrəf Səfərov 2014-cü ildən ölkənin aparıcı şirkətlərindən olan “KİA Motors Az” MMC-nin də qanuni təmsilçisi olub. Bu ilin avqust ayında Əşrəf Səfərov “KİA Motors Az” MMC-nin direktoru vəzifəsindən ayrılıb və onun yerinə qardaşı Faiq Səfərov təyin olunub.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта