“Real” ciddi itki ilə üzləşib.
Komandanın futbolçusu Dani Sebalyos xəstəxanaya yerləşdirilib. İspaniya klubunun mətbuat xidmətinin yaydığı xəbərə görə, ispaniyalı yarımmüdafiəçinin sağ topuq nahiyəsində 3-cü dərəcəli burxulma aşkarlanıb. Sebalyosun bu səbəbdən təxminən 6-8 həftə meydana çıxa bilməyəcəyi ehtimal olunur.
Qeyd edək ki, Sebalyos La Liqanın son turunun “Betis”lə oyununda zədələnib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта