RU

Azərbaycan idmançılarının yeni reytinqi

style='margin-bottom:10px;'>

Gənclər və İdman Nazirliyi Azərbaycan idmançılarının sentyabr ayı üzrə reytinq cədvəlini açıqlayıb.

QOL.az qurumun saytına istinadən xəbər verir ki, sıralamaya Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi, dünya və Avropa çempionu cüdoçu Hidayət Heydərov liderlik edir. Onun aktivində 590 xal var.

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası 500 xalla 2-cidir. Paris-2024-də digər qızıl medal qazanan cüdoçumuz Zelim Kotsoyev 470 xalla 3-cü pillədə qərarlaşıb.

İdman gimnastı Nikita Simonov (400 xal) 4-cü, cüdoçu Elcan Hacıyev (320 xal) 5-ci, atlet Anna Skidan (315 xal) 6-cı, digər cüdoçulardan Balabəy Ağayev (310) 7-ci, Yaşar Nəcəfov (300 xal) 8-ci, Leyla Əliyeva (290 xal) 9-cu, Zelim Tçkayev (280 xal) 10-cudur.

Избранный
179
31
teleqraf.com

10Источники