Qəzza müharibəsi yəqin ki, son günlərindədir. İki tərəf arasında kompromislər və HƏMAS-la İsrailin şərtlərindəki yaxınlaşma ilə bağlı xoş xəbərlər, Həsən Nəsrullahın 500-ə yaxın “Hizbullah” terror təşkilatı liderinin öldürülməsinin qisasını almayacağını bəyan etməsi və ölən israilli girovların cəsədlərinin qaytarılmasına başlanılması ilə müharibə bitmək üzrədir.
Fikrimcə, qarşıdan gələn saziş gələcəkdə İran və İsrail arasında münaqişənin qarşısını ala bilməyəcək. Bu dəfə müharibə qaçılmazdır və əgər iki ölkə gələcək münaqişənin qarşısını almağa çalışmasalar – İranın bölgədəki siyasəti iki regional güc arasında müharibəyə gətirib çıxaracaq. Arabir atəşkəslər və məhdud ziyanlar meydana gətirən münaqişə, əslində, 40 ildir ki, davam edir.
Tehranla Tel-Əviv arasında müharibə əvvəllər düşünülən qədər də uzaqda deyil.
“HƏMAS” terror təşkilatının oktyabrın 7-də həyata keçirdiyi qətliam fərqli idi. Bu, iki düşərgə arasındakı münaqişədə keyfiyyətcə inkişaf idi və İsrailin dərin qorxularını oyatdı. Tel-Əviv bunu öz varlığına təhlükə kimi qiymətləndirdi. İsrailin əks hücumu da fərqli idi. O, Qəzzada “HƏMAS” rejimini ləğv etmək qərarına gəlib. İsrail çəkindirmə siyasətini bərpa etmək istəyir ki, bu da “HƏMAS”a hər hansı bir hücumunun baha başa gəlməsi deməkdir və regionun supermen imicini gücləndirməkdir. Bu müharibədə İsrailin Qəzza, İordan çayının qərb sahili, Livan, İran və Yəmən kimi bir neçə cəbhədə eyni vaxtda uzunmüddətli, yəni 11 ay davam edən müharibələr aparmağa qadir olduğunu göstərdi. Bu, kəşfiyyat imkanlarının və qabaqcıl hərbi texnologiyanın dəhşətli mənzərəsini təqdim etdi. İsrail silahlı qüvvələri Livan ərazisinin bir qarışını zəbt etmək riskinə girmədən “Hizbullah” terror təşkilatının liderlərinin yarısını zərərsizləşdirib. O, İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) bəzi liderlərini hədəfə alıb və Tehranda HƏMAS liderini öldürməyə belə cəsarət edib. Ölkə daxilində iqtidar-müxalifət arasındakı soyuqluq hər kəsi Netanyahunun arxasında düzülməyə mane olmadı. İsrail qüvvələrinin itkiləri və ya ölkə iqtisadiyyatına dəyən milyardlarla dollarlıq ziyan onu sakitləşdirmədi. Hətta “HƏMAS” lideri İsmayıl Haniyənin ölümü də müharibəni dayandırmağa məcbur edə bilmədi.
Qəzza müharibəsi İsrailin müharibəsidir, lakin İranla istənilən müharibə həm İsrailin, həm də Qərbin müharibəsi olacaq. Bu dəfə İsrail böyük müharibəyə həmişəkindən daha hazırdır. Hazırda donanmalar hələ də dənizdə yerləşdirilib və regionun indiyədək şahid olduğu ən böyük səfərbərliklə İranla böyük müharibəyə hazırdır. Bu Tehrana verdiyi qaçılmaz mesajdır. Bu müharibənin hesabını İran və onun rejimi ödəyəcək. Rusiyanın bəyanatları, rəsmilərinin səfərləri və İrana qarşı hər hansı hava hücumuna qarşı hərbi ləvazimatların sürətlə göndərilməsi nəticəsiz qaldı. Bu yüksək gərginlik 1973-cü ilki 6 günlük müharibədən sonra regionun tarixində yaşananlardan fərqlidir. Bəs bu, İran rəhbərliyini İsraillə mübarizənin mənasızlığını görməyə, yoxsa daha böyük güc və potensial inkişaf etdirməyə sövq edəcəkmi? Onun Rusiya ilə böyük hərbi əməkdaşlıq müqaviləsi ilə bağlı bəyanatları onun əksini deyil, növbəti müharibə üçün özünü gücləndirdiyini göstərir.
Qahirə razılaşması Qəzzada qarşıdurmanı bitirmək üzrədir, lakin bu, İran və “Hizbullah” terror təşkilatına qarşı müharibə səfərbərliyinə son qoymayacaq.
Ötən il müharibə başlayandan bəri İsrail Qəzza müharibəsindən kənara çıxan fövqəladə vəziyyət yaşayır. O, ölkə daxilində ehtiyat enerji generatorları yerləşdirib, su çənlərini doldurub, kiber müdafiəsini gücləndirib və aylarla davam edəcək qida ehtiyatı hazırlayıb. İsrail deyir ki, o, “bir çox müxtəlif mənbələrdən – yerüstü, yeraltı və dənizdən elektrik enerjisi istehsal etmək qabiliyyətinə malikdir. Elektrik şəbəkəsi məhv olarsa, generator yeddi dəqiqə ərzində işə düşəcək və şəbəkəni yenidən elektrik enerjisi ilə təmin edəcək. Böyük müharibə ərəfəsində yüz minlərlə insan üçün kifayət qədər sığınacaqlar hazırlanıb və bu sığınacaqlar uğursuzluq halında Dəmir Günbəzdən sonra ikinci müdafiə xəttini təşkil edir. Müharibəyə getmək qərarının verilməsində köklənmə və müharibəyə hazırlıq zehniyyəti mühüm rol oynayır.
Onilliklər ərzində İsrailin əsas strategiyası regional müharibə potensialı üzərində qurulub. Keçmişdə onun strategiyası Misir, İordaniya və Suriyaya qarşı idisə, bu gün o, hərbi nüvə gücü yaratmaq və İsrailin böyük şəhərlərinə çatmaq üçün raket potensialını inkişaf etdirmək səylərinə görə varlığına əsas təhlükə olaraq gördüyü İrana qarşıdır. Bu onu göstərir ki, İsrailin növbəti hədəfi SEPAH-ın əlaltısı olan (“HƏMAS”, “Hizbullah” və s.) terror təşkilatları deyil, birbaşa İranın özüdür.