RU

Cəlal Hüseynov “Kəpəz”ə görə Bolqarıstandan qayıdır? – meneceri açıqladı

Son günlər gündəmə bomba kimi düşən xəbərlərdən biri də Bolqarıstanda legioner həyatı yaşayan Cəlal Hüseynovun Azərbaycana qayıdacağı ilə bağlıdı.

İddialara inansaq, “Arda"da çıxış edən U-21-in kapitanı “Kəpəz”ə gələcək. Guya gəncəlilərin yeni baş məşqçisi Azər Bağırov onun komandaya cəlb olunmasını istəyib və o da təklifə “hə” deyib. Qalıb təkcə maliyyə məsələsində ortaq məxrəcə gəlmək.
Bəs deyilənlər nə dərəcədə doğrudu, gənc futbolçu həqiqətən də “Kəpəz”ə keçir?

Futbolçunun meneceri Fuad Xəlilovun “Football-plus.az”a açıqlaması:
“Guya Cəlal Bolqarıstanda oynamır və şəxsi problemləri olduğuna görə Azərbaycana gəlir. Bunu kim özündən çıxarıbsa, onlardan soruşmaq istərdim: siz hamınız problemsiz insansız? İkincisi, Hüseynovun oynamaması barədə danışanlara demək istərdim ki, internetə baxın. Bircə oyunda ikinci hissədə, yəni 46-cı dəqiqədən etibarən meydana çıxıb. Bütün oyunlara əsas heyətdə başlayıb. Bu formada danışmaq isə savadsızlıqdı. Onun “Kəpəz”ə keçidinə gəlincə, bəli, müəyyən danışıqlar olub. Klubun istəyinə əsasən baş tutub. Amma alınmayacaq, futbolçunun da qəti qərarıdı. Bu da həm maddi məsələlər, həm də karyera planına əsasən alınmır”.


RÖYANƏ OĞUZ
Избранный
79
football-plus.az

1Источники