Millinin sabiq yarımmüdafiəçisi Qara Qarayevin «Neftçi»dən «Turan Tovuz»a keçidi baş tutmayıb.
Kurban Berdiyev onu komandasında görmək istəməyib.
Əyalət təmsilçisinin baş məşqçisi bakılıların əsas komandasından uzaqlaşdırılan 31 yaşlı oyunçuya görə onunla əlaqə saxlayan menecerlərə «yox» cavabı verib.
Rusiyalı çalışdırıcı Roman Qriqorçukun gözdən çıxardığı yığmanın keçmiş üzvü üçün 200 min dollar xərcləməyi məqbul saymayıb.
Qarayev həftələr öncə əvəzedici heyətə göndərilib. O, "ağ-qaralar"ın baş məşqçisi Roman Qriqorçukun planlarına daxil deyil.
Ukraynalı mütəxəssis təyinatı zamanı Qaranın komandada qalmasına sevinirdi.
Ancaq Ərzurum toplanışında Qriqorçuk futbolçunun yaxşı formada olmadığını görüb və heyətdən uzaq qalacağını bildirib. Bununla bağlı Qaranın özü də bir neçə dəfə məlumatlandırılıb.
Bu səbəbdən Qarayevdən yaxşı təklif qarşılığında müqaviləyə xitam verilməsi istənilib. Amma o, bununla razılaşmaq fikrində deyil.
Futbolçuya illik qazancının yarısı qədər təzminat təklif edilib. Ancaq Qara müqaviləsinin sonunadək əvəzedici heyətdə qalmağı üstün tutub.
Tərəflər arasında müqavilənin müddəti 2025-ci ilin yayınadəkdir.
SPORTİNFO.AZ